30 iyun-8 iyul tarixlərində S.C.Pişəvəri adına Respublika humanitar fənlər gimnaziyasında Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin qalibləri üçün yay düşərgəsi və mükafatlandırma mərasimi keçirilib.
Təhsil İnstitutundan TƏHSİL.BİZ -ə bildirilib ki, düşərgədə 30 iyun – 2 iyul tarixlərində 5, 6 və 7-ci siniflər, 3-5 iyul tarixlərində 8, 9 və 10-cu siniflər, 6 – 8 iyul tarixlərində isə 2, 3 və 4-cü siniflər iştirak ediblər.
Düşərgə boyunca maraqlı və intellektual oyunlar təşkil olunub, xüsusilə məntiqi təfəkkürü yoxlayan və inkişaf etdirən yarışlar keçirilib.
Yay düşərgəsi hər birində 3 sinif olmaqla 3 qrup üzrə təşkil olunub. Hər qrup üzrə düşərgənin son günü isə mükafatlandırma mərasimi baş tutub. Sonda qaliblərə müxtəlif hədiyyələr təqdim edilib və medallarla təltif olunublar.
Bildirilib ki, hədiyyə və medalını təhvil almayan şagirdlər iş günləri saat 10:00-dan 17:00-dək Təhsil Texnologiyaları Mərkəzinə (Fətəli xan Xoyski 109) yaxınlaşıb, təhvil ala bilərlər.