“Türkiyə ilə birgə peşə təhsili müəssisələrinin yaradılması planlaşdırılır”.
TƏHSİL.BİZ xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov peşə təhsili ilə bağlı təşkil olunan brifinqdə söyləyib.
O qeyd edib ki, hər iki ölkənin təhsil sistemindəki fərqlər nəzərə alınaraq 2 müəssisənin yaradılması nəzərdə tutulub. Müəssisənin açılma tarixi ilə bağlı yaxın zamanda ictimaiyyətə məlumat veriləcək.