Logo

“Gənc istedadlar” liseyinin 7 şagirdi qızıl və gümüş nişana layiq görülüb

17.07.2025 11:55 39 baxış
IMG

Elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə Bakı Dövlət Universitetinin nəzdində “Gənc istedadlar” liseyinin 7 şagirdi qızıl və gümüş nişana layiq görülüb.

Liseydən TƏHSİL.BİZ -ə bildirilib ki, şagirdlərdən Ərhun Abdullazadə, Bəxtiyar Əmiraslanov, Ağahüseyn Hüseynov, İlyas Muxtarov, Nihad Həşimov, Nəzrin Cəlilova qızıl, Fuad Hüseynov isə gümüş nişanla təltif olunublar.

Qızıl və gümüş nişanla təltif olunan şagirdlərin adları məktəbin “Şərəf kitabı”na yazılacaq.

Xəbər lenti