Logo

Peşə məktəblərinə qəbulun vaxtı açıqlandı

16.07.2025 17:24 63 baxış
IMG

"Peşə təhsilində mərhələli şəkildə adambaşına maliyyələşmə mexanizmi tətbiq olunur".

TƏHSİL.BİZ “Teleqraf”a istinadən xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov deyib.

O bildirib ki, ayrı-ayrı ixtisaslar üzrə xərclər müəyyənləşdirilir:

“Xərclərdə müəllimin iş saatı, əməkhaqqı, enerji ehtiyatına sərfiyyat və s. nəzərə alınır. Bazarda 3 aylıq kursların qiyməti 1 illik təhsil qiymətindən çoxdur. Peşə təhsili praktiki təhsildir. Məqsədimiz tələbələrə tədris prosesində səhvləri öyrədib, onları əmək bazarına hazırlıqlı yetişdirməkdir”, – o söyləyib.

Onun sözlərinə görə, iyul-avqust aylarında peşə təhsili müəssisələrinə qəbul aparılacaq: "Peşə təhsili müəssisələrinə qəbul prosesində plan yerlərinin artırılması gözlənilir".

Xəbər lenti