Logo

Azərbaycanlı alimin “Bir uzaq yaşıl ada” kitabı çapdan çıxıb

14.07.2025 14:50 48 baxış
IMG

Filologiya elmləri doktoru, professor Məmməd Əliyevin “Bir uzaq yaşıl ada” roman-tetralogiya kitabı işıq üzü görüb.

TƏHSİL.BİZ  xəbər verir ki, roman müəllifin “Həsrətin o üzü” romanlar seriyasının IV kitabıdır. Nəşrdə Azərbaycanda XX əsrin 80-90-cı illərində yaşanan ictimai-siyasi vəziyyət, erməni təcavüzünün faciəvi nəticələri geniş təsvir olunmaqla əsərin baş qəhrəmanı Muradın şəxsi həyatında baş verən gərgin və böhranlı hadisələrdən danışılır.

Roman yazılarkən müəllifin istifadə etdiyi bədii dil, üslub, təsvir vasitələri, sənətkarlıqla yaradılmış canlı və parlaq insan surətləri, xarakterlərinin oxucuya təqdimi xeyli maraq doğurur. Murad obrazı Azərbaycan gəncinin keçmiş, müasir və gələcəyinin parlaq simvoludur.

Xəbər lenti