2025–2026-cı tədris ilində müəllimlərin təxminən 45%-i 1000 manat və daha yuxarı əməkhaqqı alacaq.
TƏHSİL.BİZ xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində “Sertifikatlaşdırma 2025: peşəkar müəllim - keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, 2025-2026-cı tədris ili üzrə müəllim heyətinin orta aylıq əməkhaqqı 965 manat olacaq. Sertifikatlaşdırmada yüksək nəticə göstərərək maaşlarına 35 faiz əlavə alan müəllimlərin orta aylıq əməkhaqqının 1320 manat, 10 faiz əlavə alanların orta aylıq əməkhaqqının 1010 manat olacağı gözlənilir.