Logo

İdman Akademiyası ilə Koventri Universiteti arasında yeni birgə proqramlar müzakirə edilib

18.07.2025 08:50 33 baxış
IMG

Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyəti Böyük Britaniyanın Koventri Universitetində olub.

Akademiyadan TƏHSİL.BİZ -ə verilən məlumata görə, nümayəndə heyətimiz Koventri Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Kreyq Bills, proqram rəhbəri və kurikulum üzrə məsləhətçi ilə görüşlər keçirib. Görüşlərdə iki ali təhsil müəssisəsi arasında əməkdaşlığın genişləndirilməsi, xüsusilə yeni birgə proqramların yaradılması imkanları müzakirə olunub.

Bundan əlavə, Azərbaycan İdman Akademiyası və Koventri Universitetinin idman menecmenti magistr ixtisaslaşması üzrə ikili diplom proqramında təhsil alan tələbələrlə görüş keçirilib. Görüşdə onların tədris prosesi, elmi fəaliyyətlə bağlı fikir və təklifləri dinlənilib, rəhbərlik tərəfindən müvafiq məsləhətlər verilib.

Bu səfər Azərbaycan İdman Akademiyası ilə Koventri Universiteti arasında strateji əməkdaşlığın möhkəmləndirilməsi və növbəti birgə layihələrin həyata keçirilməsi baxımından əhəmiyyətli addımdır.

Xəbər lenti