21-23 iyul 2025-ci il tarixlərində Bakı şəhəri 167 nömrəli tam orta məktəbdə keçirilən qabiliyyət imtahanlarının nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Apellyasiya komissiyası təşkil ediləcək.
TƏHSİL.BİZ xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Apellyasiya komissiyası 26 iyul 2025-ci il tarixində saat 09:00-dan 16:00-dək fəaliyyət göstərəcək.
Tarix | Komissiyanın nömrəsi | Fənn | Ünvan |
26.07.2025 | 15-Dekorativ tətbiqi sənət
| rəngkarlıq | 167 N-li tam orta məktəb, Yasamal rayonu, Şərifzadə küçəsi 152 |
26.07.2025 | 211-Təsviri sənət | rəsm | 167 N-li tam orta məktəb, Yasamal rayonu, Şərifzadə küçəsi 152 |
Apellyasiya komissiyasına müraciət etmək istəyən abituriyentlər şəxsiyyəti təsdiq edən sənədin əsli və imtahana buraxılış vərəqəsi ilə birlikdə şəxsən binaya yaxınlaşıb, ərizə yazmalıdırlar. Abituriyentlərin müraciətlərinə yerində baxılacaq.