Logo

“WorldSkills Azerbaijan” dəmir yolu nəqliyyatı texnologiyası üzrə yarışın qalibləri müəyyənləşib

02.07.2025 13:06 54 baxış
IMG

20-28 iyun tarixlərində Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin “WorldSkills Azerbaijan” İctimai Birliyi ilə birgə əməkdaşlığı çərçivəsində keçirilən dəmir yolu nəqliyyatı texnologiyası üzrə milli yarış başa çatıb.

TƏHSİL.BİZ  xəbər verir ki, yarışda iştirak edən 12 namizəd dəmir yolu sistemlərində nasazlıqların aşkarlanması və aradan qaldırılması üzrə texniki bilik, bacarıq və çevikliklərini nümayiş etdiriblər. Yarış nəticələrinə əsasən, Elsəvər Yaqubov I yerə, Sahil Məmmədov II yerə layiq görülüb. Qalib iştirakçı peşəkar bacarıqlarını daha da inkişaf etdirmək məqsədilə Çində keçiriləcək xüsusi təlim proqramında iştirak edəcək. Qalibin adı 2026-cı ildə Çində keçiriləcək və 85-dən çox ölkənin qatılacağı “WorldSkills Shanghai” yarışında iştirak üçün potensial namizədlər siyahısına daxil ediləcək.

Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiadaların təşkilatçısı kimi tanınan “WorldSkills” hərəkatı iştirakçıların peşə bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradan yarış formatıdır və bununla yanaşı, qlobal standartların və əmək bazarının tələblərinin təhsil sisteminə inteqrasiyasını təşviq edir.

 

 

 

 


 

Xəbər lenti