Logo

İqtisadiyyat elmi üzrə ilk: UNEC-in jurnalı “SCOPUS”da

07.07.2025 10:59 33 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) elmi fəaliyyət sahəsində növbəti mühüm uğura imza atıb. UNEC-in jurnalı (“Journal of Economic Sciences: Theory and Practice”) nüfuzlu “SCOPUS” elmi bazasında indekslənib.

Bu barədə TƏHSİL.BİZ -ə universitetdən məlumat verilib. Bildirilib ki, bu, son bir ildə UNEC-in “SCOPUS”a daxil edilən ikinci elmi jurnalıdır. Xüsusilə vurğulamaq lazımdır ki, bununla UNEC Azərbaycanda ilkə imza atıb. Belə ki, "Journal of Economic Sciences: Theory and Practice" iqtisadiyyat sahəsində Azərbaycanın “SCOPUS”da indekslənən ilk jurnalıdır.

Jurnalın “SCOPUS” bazasında indekslənməsi elmi məqalələrin qlobal səviyyədə tanınması və qəbul edilməsinin, istinadlarının sayının artmasının bariz nümunəsi olmaqla yanaşı, UNEC tədqiqatçılarının qlobal elmi bazada daha fəal iştirakının və onların tədqiqatlarının keyfiyyətinin elmi standartlara uyğunluğunun beynəlxalq səviyyədə tanınmasıdır. Eyni zamanda, bu nailiyyət son nəticədə qlobal elm məkanında UNEC-in tədqiqat universiteti kimi nüfuzunun artmasına ciddi təkan verəcək.

Xəbər lenti