Bakı Ali Neft Məktəbinin (BANM) 9 tələbəsinin təhsil haqqı bir qrup xeyriyyəçi iş xanımları tərəfindən qarşılanıb.
Bu barədə TƏHSİL.BİZ -ə BANM-dən məlumat verilib.
Bildirilib ki, ümumilikdə 27 min manat dəyərində maliyyə dəstəyi göstərilib.
Görüşdə BANM rektoru Elmar Qasımov tələbələrə göstərilən diqqət və dəstəyə görə xeyriyyəçi xanımlara dərin təşəkkürünü bildirib.
Qeyd olunub ki, artıq iki ildir ki, ardıcıl olaraq bu təşəbbüs həyata keçirilir.