Logo

Nurlan İsmayılbəyli: İnformatika müəllimi olmaq istəyənlərin sayı artır

17.06.2025 15:48 49 baxış
IMG

Ölkədə informatika müəllimi olmaq istəyənlərin sayı artır.

TƏHSİL.BİZ xəbər verir ki, bu fikirləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli bu gün təhsilverənlərin sertifikatlaşdırılması ilə bağlı keçirilən brifinqdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

O qeyd edib ki, hazırda informatika müəllimi olmaq istəyənlərin sayı artmaqdadır və bu sahədə hər hansı çatışmazlığın yaranacağı gözlənilmir:

“Bu sahədə müəyyən təlimlərdən keçmiş və peşəkarlaşmış şəxslər çalışa bilirlər”, – deyə Nurlan İsmayılbəyli vurğulayıb.

Xəbər lenti