Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasında böyük uğura imza atıblar.
BDU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, liseyin şagirdləri Zəhra Yahyayeva, Əli Əmiraslanov gümüş, Zeynəb Əzizli, Ömər Həsən və Nuran Sofiyev bürünc medala layiq görülüblər.