Logo

Hər bir ali məktəb təqaüd proqramı ilə bağlı təşəbbüs göstərə bilər - Nazir

23.06.2025 14:22 46 baxış
IMG

“Qızların təhsilinə yönəlmiş təqaüd proqramları Qarabağ Universitetində də həyata keçirilir. Xankəndi şəhərində keçirilən görüşdə 350-dən  çox tələbəyə təqaüd verilib. İnanıram ki, hər bir ali təhsil müəssisəsi təqaüd proqramı ilə bağlı özü də təşəbbüs göstərə bilər”.

TƏHSİL.BİZ  xəbər verir ki, bunu “Gənc qızların təhsilinə dəstək” layihəsinin Məzun Günü ilə bağlı tədbirdə elm və təhsil naziri Emin Əmrullayev səsləndirib. 

Nazir vurğulayıb ki, bu layihənin davamlılığının təmin olunması təhsil sisteminin inkişafına mühüm töhfə verəcək.

O əlavə edib ki, bir qadının təhsili, əslində, bir ananın təhsili deməkdir: 

“Tədqiqatlar göstərir ki, təhsilli anaların övladları daha savadlı, daha hazırlıqlı və daha bacarıqlı böyüyürlər. Bu baxımdan qızların təhsilinə kiçik yaşlardan diqqət yetirmək dövlətin uzunmüddətli inkişafı üçün həlledici amildir”.

Xəbər lenti