Logo

Məleykə Abbaszadə: Buraxılış imtahanında, demək olar ki, 11-ci sinfin proqramına toxunmuruq

12.06.2025 11:59 180 baxış
IMG

“Buraxılış imtahanının məzmunu əsasən 8, 9 və qismən də 10-cu siniflərin proqramına əsaslanır. Biz buraxılış imtahanında, demək olar ki,  11-ci sinfin proqramına toxunmuruq”.

TƏHSİL.BİZ  xəbər verir ki, bu fikirləri Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə “Baku TV”yə müsahibəsində bildirib. 

O qeyd edib ki, amma əsas diqqəti şagirdin qazandığı səriştələrin yoxlanılmasına yönəldirlər: “Bu səriştələrə, məsələn, mətni oxuyub anlamaq, təhlil etmək və kurikulumun digər əsas standartları daxildir”. 

DİM sədri qeyd edib ki, buraxılış imtahanlarının nəticələri ilə bağlı bütün məlumatlar - şagirdlərin hansı suallara necə cavab verdiyi, hansı bilik və bacarıqları nümayiş etdirdikləri DİM tərəfindən Elm və Təhsil Nazirliyinin müvafiq qurumlarına təqdim olunur: “Bu məlumatlar sirr deyil və aidiyyəti qurumlar tərəfindən təhlil edilir”.

Xəbər lenti