STEAM Azərbaycanın mütəxəssisləri tərəfindən Xırdalan 3 saylı STEAM Mərkəzində maarifləndirici təlim təşkil olunub.
TƏHSİL.BİZ xəbər verir ki, təlim çərçivəsində məktəblilərə “Mexatronika və robototexnika” mövzusunda seminar təşkil edilib.
Şagirdlər həm nəzəri, həm də praktiki biliklər əldə ediblər. Onlar elektronikanın qurulması, mühərriklərin qoşulması, idarəetmə sistemlərinin tətbiqi və funksional dizayn prinsipləri ilə tanış olublar.