Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) bütün dünya universitetləri üçün “Yaşıl universitet” modelinə keçidlə bağlı vahid metodologiyanın hazırlanması təşəbbüsünü irəli sürüb.
TƏHSİL.BİZ xəbər verir ki, bu barədə UNEC-in rektoru Ədalət Muradov jurnalistlərə açıqlamasında bildirib.
Rektor qeyd edib ki, universitetlərin “Yaşıl universitet” modelinə transformasiyası bu gün əsas prioritetlərdən biridir: “Bu yaxınlarda Çində olduğumuz zaman bu sahədə tanınmış təşkilatlardan birini ziyarət etdik və orada təklif irəli sürdük ki, bütün dünya universitetləri üçün “Yaşıl universitet” modelinə keçidlə bağlı vahid metodologiya hazırlayaq”.
Rektorun sözlərinə görə, bu istiqamətdə qlobal yanaşmaya ciddi ehtiyac var.