“Bizdə kifayət qədər lazımi sayda bilikli müəllim çatışmır”.
TƏHSİL.BİZ Axəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə “Baku TV”yə müsahibəsində deyib.
DİM sədri abituriyentlərin repetitor yanına getmədən universitetə qəbul oluna bilməyəcəyi ilə bağlı yaranmış fikirləri tamamilə yanlış sayıb. O vurğulayıb ki, şagirdin uğurlu olması bilavasitə onun özündən asılıdır.
“Valideyn şagirdin evdə də təhsillə vaxt ayırmasına şərait yaradırsa, repetitorluğa ehtiyac yoxdur. Biz deyə bilmərik ki, məktəblərdə tam şəkildə individual yanaşma var. Bir sinifdə 35, bəzən daha artıq şagird olur. Mümkündürmü ki, müəllim bunu tədris zamanı təmin etsin?! Biz müəllimlərin imtahan nəticələrini də görürük. Düzdür, su yavaş-yavaş açılır, bulantısı gedir. Amma müəyyən adamlar yenə də imtahan prosesində çalışırlar ki, suyu bir az bulandırsınlar. Çünki onlar bulanıq suda öz balıqlarını tutmağa çalışırlar”.