Logo

UNEC “Yaşıl universitet” modelinə qlobal keçid təşəbbüsü irəli sürüb

12.06.2025 12:35 70 baxış
IMG

Universitetlərin “Yaşıl universitet” modelinə transformasiyası bu gün əsas prioritetlərdən biridir. Azərbaycan Dövlət İqtisad Universiteti bütün dünya universitetləri üçün “Yaşıl universitet” modelinə keçidlə bağlı vahid metodologiyanın hazırlanması təşəbbüsünü irəli sürüb.

TƏHSİL.BİZ xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov VII İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı çərçivəsində jurnalistlərə müsahibəsində deyib.

“Bu yaxınlarda Çində olduğumuz zaman bu sahədə tanınmış təşkilatlardan birini ziyarət etdik və orada təklif irəli sürdük ki, bütün dünya universitetləri üçün “Yaşıl Universitet” modelinə keçidlə bağlı vahid metodologiya hazırlayaq”, - deyə rektor qeyd edib.

Ədalət Muradovun sözlərinə görə, bu təşəbbüslə bağlı “Grimmetrics” reytinq agentliyinin rəhbəri ilə də müzakirələr aparılıb və təşəbbüs müsbət qarşılanıb.

Rektor əlavə edib ki, bu istiqamətdə qlobal yanaşmaya ciddi ehtiyac var.

Xəbər lenti