Logo

SDU-da Məzun Assosiasiyasının nümayəndələri ilə görüş keçirilib

10.06.2025 15:19 59 baxış
IMG

Sumqayıt Dövlət Universitetində (SDU) Karyera və məzunlarla iş mərkəzinin təşəbbüsü ilə Məzun Assosiasiyasının nümayəndələri ilə görüş keçirilib. 

Universitetdən TƏHSİL.BİZ -ə verilən məlumata görə, görüşdə Məzun Assosiasiyasının sədri Həmid Ağahüseynov, üzvlər Xalid Əsədov, Vüsət Cəfərov, Mobil Kazımov və Ramil Bayramov iştirak ediblər. Tədbirdə SDU-nun rektoru professor Əminağa Sadıqov iştirakçıları səmimiyyətlə salamlayaraq, məzunların ölkənin ictimai-siyasi, elmi və mədəni həyatında fəal iştirakını yüksək qiymətləndirib. O bildirib ki, bu uğurlar universitet üçün qürurverici göstəricidir.

Rektor vurğulayıb ki, məzunların bir araya gələrək Assosiasiya çərçivəsində birlikdə fəaliyyət göstərməsi universitetin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, məzunlarla davamlı və məqsədyönlü əlaqələrin qurulması müasir ali təhsil müəssisələrinin əsas strateji hədəflərindən birinə çevrilib. Görüşdə çıxış edən məzunlar universitetə bağlılıqlarını ifadə edib, Məzun Assosiasiyasının əhəmiyyətini vurğulayıblar. Onlar bu qurumun SDU ilə məzunlar arasında körpü rolu oynadığını qeyd edərək, universitetin elmi, tədris və ictimai həyatına dəstək verməyə hər zaman hazır olduqlarını bildiriblər. Görüş səmimi və işgüzar mühitdə keçib. Tərəflər arasında əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində bir sıra təklif və təşəbbüslər irəli sürülüb.

 

 

 

 


 

Xəbər lenti