STEAM'ool olimpiadasının statistikası açıqlanıb.
TƏHSİL.BİZ xəbər verir ki, bu barədə STEAM Azərbaycan layihəsi məlumat yayıb.
Belə ki, olimpiadada geniş iştirak təmin olunub:
223 ümumtəhsil müəssisəsi
603 komanda
2412 şagird
Şagirdlər bu olimpiada vasitəsilə elmi biliklərini praktik bacarıqlarla birləşdirərək mühəndislik, texnologiya, incəsənət və riyaziyyat sahələrində öz potensiallarını nümayiş etdirirlər.