Şirvan məktəblisi Gürcüstanın Poti şəhərində gənc boksçular arasında keçirilən beynəlxalq turnirdə qalib olub.
TƏHSİL.BİZ xəbər verir ki, 5-9 iyun tarixlərində baş tutan turnirdə 4 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Zidan Hümbətov 55 kq çəki dərəcəsində qızıl medal qazanıb.
Azərbaycan millisinin heyətində çıxış edən Şirvan boksçusu həm də Şirvan Olimpiya İdman Kompleksinin yetirməsidir.