Logo

ATU-da İşçi qrupun növbəti iclası keçirilib

13.06.2025 16:23 56 baxış
IMG

Azərbaycan Tibb Universitetində Elm və Təhsil Nazirliyində ali təhsilin bakalavriat (əsas (baza ali tibb təhsili)) və magistratura səviyyələri üzrə yeni təhsil proqramlarının hazırlanması məqsədilə yaradılmış komissiyanın tərkibində formalaşdırılmış təhsil ixtisasları qrupu üzrə İşçi qrupun növbəti iclası keçirilib.

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, iclasda ATU-nun tədris işləri üzrə prorektoru, professor Nazim Pənahov çıxış edib. Bugünkü iclasda fizioterapiyanın ixtisaslaşmaları – nevrologiyada fizioterapiya, ortopediyada fizioterapiya, pediatriyada fizioterapiya, protez-ortopediya, idmanda fizioterapiya ixtisaslaşmaları və tədris proqramının hazırlanmasında görülən işlərlə bağlı müzakirələrin olacağını diqqətə çatdırıb.

Tədris departamentinin müdiri, dosent Kamandar Yaqubov İşçi qrupun gördüyü işlərdən danışıb. Bildirib ki, Elm və Təhsil Nazirliyinin tələbi ondan ibarətdir ki, magistratura pilləsində kadr hazırlanması üçün tədris proqramları, universitetin tədris bazası, müəllim fondu və s. müasir tələblərə cavab verməlidir: “Bununla bağlı unversitetin rektoru, professor Gəray Gəraybəylinin konkret göstərişi ondan ibarət olub ki, hazırlanan tədris proqramı bütün göstəricilərə cavab verdikdən sonra həmin ixtisaslaşmalara plan yerləri üzrə müraciət olunsun. Bu səbəbdən fizioterapiya ixtisası ilə bağlı işimizi ayın 20-dək yekunlaşdırmaq, lazımi sənədləri Elm və Təhsil Nazirliyinin müvafiq şöbəsinə təqdim etmək niyyətindəyik”.

 

 

 

 


 

Xəbər lenti