Logo

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının final mərhələsi keçirilib

10.06.2025 15:21 84 baxış
IMG

10 iyun 2025-ci il tarixində ARTİ-nin Təhsil Texnologiyaları Mərkəzində Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutu, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Qərbi Azərbaycan İcmasının birgə tərəfdaşlığı ilə təşkil edilən “Qərbi Azərbaycana qayıdış” olimpiadasının final mərhələsi keçirilib. 

Bu barədə ARTİ-dən TƏHSİL.BİZ -ə məlumat verilib. Bildirilib ki, final mərhələdə 36 nəfər məktəbli iştirak hüququ əldə edib.

İştirakçılara Qərbi Azərbaycan tarixi və mədəniyyətinə dair müxtəlif sahələri əhatə edən suallar təqdim edilib.

IX-X sinif şagirdləri arasında keçirilən olimpiadanın təşkilində əsas məqsəd şagirdlər arasında Qərbi Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, ədəbiyyatı, görkəmli ictimai xadimləri, tarixi şəxsiyyətləri, toponimləri, folkloru haqqında maarifləndirmə işlərini aparmaq və biliklərin dərindən öyrənilməsini təmin etməkdən ibarətdir.

 

 

 

 


 

Xəbər lenti