Logo

Ali məktəb və kolleclərə qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

10.06.2025 10:20 64 baxış
IMG

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən, lakin mayın 4-də keçirilən Azərbaycan dili (dövlət dili) imtahanında iştirak etməyən və ya “qeyri-məqbul” qiymət  alan abituriyentlər 10 iyun saat 23:59-dək qeydiyyatdan keçməklə  Azərbaycan dili imtahanına yazıla bilərlər. 

Bu barədə Dövlət İmtahan Mərkəzindən TƏHSİL.BİZ -ə məlumat verilib. Bildirilib ki, abituriyentlər qeydiyyatdan keçmək üçün tələb olunan məbləği (sistem tərəfindən avtomatik istifadəçiyə məlumat verilir) şəxsi kabinetlərindəki hesablarına əlavə etməlidirlər.

Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə ikinci imtahan iyunun 29-da keçiriləcək.

Xəbər lenti