6-11 iyun 2025-ci il tarixlərində “Təhsil” Respublika İdman Mərkəzinin və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə voleybol idman növü üzrə respublika birinciliyi baş tutub.
TƏHSİL.BİZ xəbər verir ki, 2010-2011-ci il təvəllüdlü oğlanlar arasında təşkil olunan yarışda uşaq-gənclər idman-şahmat məktəblərinin komandaları mübarizə aparıb.
Yarışın keçirilməsində məqsəd voleybol idman növünün təbliği və inkişaf etdirilməsi, ümidverici idmançıların aşkar edilməsi, onların yarış təcrübələrinin artırılması, şəhər və respublika yarışlarında iştirak etmək üçün mərkəzin yığma komandasının tərkibinin müəyyən edilməsindən ibarət olub.
I yerə 7 nömrəli İxtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbi, II yerə 2 nömrəli Respublika ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbi, III yerə isə Masallı rayon Uşaq-gənclər idman-şahmat məktəbinin komandası layiq görülüb.
Qeyd edək ki, yarış iki zonada, Şəki və Kürdəmirdə, final mərhələsi isə Bakı şəhərində keçirilib.
Qalib komandalar “Təhsil” Respublika İdman Mərkəzi tərəfindən diplom, medal və kubokla təltif olunub.