Logo

Dəmir yolu nəqliyyatı texnologiyası üzrə milli yarışa qeydiyyat elan olunur

11.06.2025 14:51 77 baxış
IMG

Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin “WorldSkills Azerbaijan” İctimai Birliyi ilə birgə əməkdaşlığı çərçivəsində Dəmir yolu nəqliyyatı texnologiyası üzrə milli yarışa qeydiyyat elan olunur.

TƏHSİL.BİZ xəbər verir ki, yarışda iştirak etmək istəyən şəxslər 16 iyun 2025-ci il tarixinədək keçidə daxil olaraq müraciət edə bilərlər. Müraciət hüququna 16-21 yaş aralığında olan şəxslər malikdir.

Bu yarış peşə bacarıqlarını nümayiş etdirmək və beynəlxalq səviyyədə Azərbaycanı təmsil etmək istəyən istedadlı gənclər üçün əhəmiyyətli bir platformadır. Qalib şəxsin adı 2026-cı ildə Çində keçiriləcək və 85-dən çox ölkənin qatılacağı “WorldSkills Shanghai” yarışında iştirak üçün potensial namizədlər siyahısına daxil ediləcək.

Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiadaların təşkilatçısı kimi tanınan “WorldSkills” hərəkatı əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminə inteqrasiya etmək imkanı yaradır. 

 


 

Xəbər lenti