İyunun 10-da Qazaxıstanın K.Satbayev adına Milli Elmi-Tədqiqat Universitetinin Energetika və Maşınqayırma İnstitutunun direktoru professor Elemesov Kasım Koptleuyeviç və direktor müavini dosent Başkanbayeva Dinara Jumabayeva Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) səfərdə olublar.
Bu barədə universitetdən TƏHSİL.BİZ -ə məlumat verilib.
Bildirilib ki, ADNSU ilə əməkdaşlıq çərçivəsində universitetə gələn qonaqlar rektor dosent Rüfət Əzizovla görüşüblər. Görüşdə əməkdaşlıq perspektivləri, müəllim-tələbə mübadiləsi, birgə həyata keçiriləcək yeni elmi-tədqiqatlar və beynəlxalq əlaqələrin genişləndirilməsi müzakirə olunub.
Həmçinin qarşıdakı hədəflər nəzərdən keçirilib və iki ali təhsil müəssisəsi arasındakı əməkdaşlıq əlaqələrinin qənaətbəxş olduğu qeyd olunub.