Logo

“UFAZ Beynəlxalq Konfransı 2025: Kimya, Proseslər və Materiallar” uğurla başa çatıb

06.06.2025 15:17 50 baxış
IMG

İyunun 6-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) təşkilatçılığı ilə keçirilən “UFAZ Beynəlxalq Konfransı 2025: Kimya, Proseslər və Materiallar” elmi konfransı uğurla yekunlaşıb.

Bu barədə TƏHSİL.BİZ -ə universitetdən məlumat verilib.

Bildirilib ki, üç gün davam edən konfrans çərçivəsində dünyanın müxtəlif ölkələrindən olan alimlər və tədqiqatçılar kimya, proses mühəndisliyi və material elmləri sahəsində son elmi nailiyyətlərini təqdim ediblər. Konfransda plenar çıxışlar, paralel elmi sessiyalar, poster təqdimatları və müzakirələr keçirilib.

Konfrans iştirakçıları arasında Fransadan, Almaniyadan, Sinqapurdan və Azərbaycandan olan nüfuzlu universitet və tədqiqat institutlarının nümayəndələri yer alıblar. Konfrans ərzində gənc alimlər və tələbələr də elmi araşdırmalarını nümayiş etdirmək imkanı qazanıblar.

Konfransın sonunda çıxışları yüksək qiymətləndirilən 8 nəfər gənc tədqiqatçıya sertifikatlar təqdim olunub.

Xəbər lenti