Logo

Tədqiqatçılar üçün "Elsevier" məlumat sessiyası təşkil olunub

04.06.2025 08:36 87 baxış
IMG

İyunun 3-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Bakı Dövlət Universitetində beynəlxalq nüfuza malik “Elsevier” nəşriyyat şirkətinin rəsmi nümayəndəsi Saide Sakın iştirakı ilə “Tədqiqat yolunda uğura doğru: Elsevier sizə necə dəstək olur?” mövzusunda məlumat sessiyası keçirilib.

Bu barədə TƏHSİL.BİZ -ə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, sessiyada iştirakçılara “Elsevier”in təqdim etdiyi "Scopus", "ScienceDirect", "Scopus AI" və "Mendeley" kimi qabaqcıl elmi alətlərdən tədqiqat prosesində səmərəli istifadə yolları barədə məlumat verilib. İştirakçılara effektiv axtarış üsulları, mövzu seçimi, müəllif və qurum profillərinin optimallaşdırılması, yüksək kvartilli jurnalların müəyyənləşdirilməsi, beynəlxalq elmi jurnallarda nəşrə hazırlıq mərhələləri və bu prosesdə “Scopus AI” süni intellekt alətlərinin tətbiq imkanları təqdim olunub. Həmçinin, “Elsevier” resurslarına çıxış və istifadəyə dair praktik tövsiyələr səsləndirilib.

Məlumat sessiyasında 100-dən çox tədqiqatçı iştirak edib və sonda iştirakçılara elektron sertifikatlar təqdim olunub.

 

 

 

 


 

Xəbər lenti