Logo

İctimai Şuranın üzvləri ilə məktəb direktorları arasında görüş keçirilib

03.06.2025 14:40 80 baxış
IMG

İyunun 2-də Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın təşəbbüsü ilə Azərbaycan Milli QHT Forumunun (AMQF) konfrans zalında “Uşaqlar bizim gələcəyimizdir” mövzusunda məktəb direktorlarının iştirakı ilə birgə “dəyirmi masa” təşkil edilib. 

TƏHSİL.BİZ xəbər verir ki, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, pedaqoji elmlər doktoru, professor Hikmət Əlizadənin moderatorluğu ilə keçirilən tədbirdə AMQF İdarə Heyətinin sədri Ramil İskəndərli, AMQF İdarə Heyətinin üzvü Xatirə Vəliyeva, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova, üzvü Kəmalə Aşumova, eləcə də bir neçə tam orta məktəbin direktorları mövzu ilə bağlı çıxış edib və təkliflərini veriblər. 

Tədbir zamanı problemlər ətrafında interaktiv müzakirələr edilib və verilən təkliflər ətrafında fikir mübadiləsi aparılıb. 

 

 

 


 

Xəbər lenti