“Avey” və “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət qoruqlarının birgə təşkilatçılığı ilə Qazax-Ağstafa bölgəsində “Daşdan yaddaşa: Qazax-Ağstafa bölgəsindəki Alban abidələri, kimlik və kollektiv yaddaş” mövzusunda elmi-praktik seminar keçirilib.
Bakı Ali Neft Məktəbindən TƏHSİL.BİZ -ə verilən məlumata görə, seminarın əsas məruzəçisi BANM dosenti, tarix üzrə fəlsəfə doktoru Pərvin Ahənçi olub.
Onun təqdim etdiyi “Daşdan Yaddaşa: Qazax-Ağstafa bölgəsindəki Alban Abidələri, Kimlik və Kollektiv Yaddaş” adlı təqdimatda Qazax bölgəsində yerləşən Damcılı mağarası, alban kilsə qalıqları, xaçdaşlar və yazılı kitabələrin həm maddi mədəniyyət nümunəsi, həm də kollektiv yaddaşın formalaşmasında mühüm rol oynayan simvolik məkanlar olduğu vurğulanıb.