Logo

İdris İsayev Özbəkistanın ali təhsil, elm və innovasiyalar nazirinin birinci müavini ilə görüşüb

29.05.2025 14:32 60 baxış
IMG

Mayın 29-da Özbəkistan Respublikasının Əndican şəhərində “Azərbaycan–Özbəkistan: ali təhsildə əməkdaşlığın inkişafında prioritet istiqamətlər” mövzusunda keçirilən Birinci Rektorlar Forumu çərçivəsində elm və təhsil nazirinin müavini İdris İsayev Özbəkistanın ali təhsil, elm və innovasiyalar nazirinin birinci müavini Şahrux Daliyev ilə görüşüb.

TƏHSİL.BİZ  xəbər verir ki, görüş çərçivəsində universitetlərarası əməkdaşlıq, o cümlədən elm və ali təhsil sahəsində inkişaf perspektivləri müzakirə edilib. 

 

 

 

 


 

Xəbər lenti