Logo

Naxçıvan Dövlət Universiteti üçün böyük kampus qurulacaq

29.05.2025 17:09 62 baxış
IMG

“Bu günədək Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin mindən artıq məzunu olub. Onlar Azərbaycanın səhiyyə sistemində çalışmaqla yanaşı, xaricdə də işləyirlər. Bir çoxunun sorağı dünyanın müxtəlif ölkələrindən gəlir”.

TƏHSİL.BİZ  xəbər verir ki,bu sözləri Naxçıvan Dövlət Universitetində Tibb fakültəsinin 25 illik yubileyinə həsr edilmiş “Tibb təhsili: qabaqcıl təcrübələr və innovasiyalar” I respublika elmi konfransının və “Cərrahi və mama-ginekoloji problemlərə multidissiplinar yanaşmalar” beynəlxalq elmi-praktik konfransda Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev deyib. 

O bildirib ki, Prezident İlham Əliyevin imzaladığı  “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamı ilə Naxçıvan Dövlət Universitetində tibb elmləri proqramlarının (SABAH qrupları, ingilisdilli tibb fakültəsi, tibbi tədqiqat klinikası və s.) tətbiqi prioritet istiqamətlərdən biri kimi müəyyən edilib: "Bu sərəncamın işığında yaxın gələcəkdə 30 hektarlıq ərazidə ayrıca bir tibb kampusunun qurulması dövlət proqramının alt tədbirlər planında nəzərdə tutulub. Bunun üçün lahiyələndirmə işləri aparılıb, şəhərin baş planı tamamlanan kimi kampusun layihə işlərinə başlanacaq, yeni klinikalar və tələbə yataqxanaların qurulması planlaşdırılır. Biz hər il olduğu kimi, bu il də yay təcrübələrimizi aparmaq üçün 300-ə yaxın tələbəmizi müxtəlif universitetlərin təcrübə bazalarına göndərməyə hazırlaşırıq”.

Süni intelektin təhsilə təsirindən danışan rektor əlavə edib ki, tibb kifayət qədər ciddi, həssas bir təhsil proqramıdır: “Biz bu proqramın təkminləşdirilməsi, əmək bazarının tələbini qiymətləndirmək üçün çalışırıq. Tibbi düşündürən əsas suallardan biri süni intellekt baxımından tibb təhsilinin gələcəkdəki təhdidlərini hesablamaqdır. Gələcəyin həkimi harda çalışacaq düşüncəsi ilə gələcək əmək bazarı və iş dünyası ilə əməkdaşlıq qurmaq məcburiyyətindəyik”. 

Elbrus İsayev əlavə edib ki, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsi 25 ildə Naxçıvan Muxtar Respublikasının səhiyyə sistemini tibbi kadrlarla təminatı sahəsində mühüm rol oynayıb, region üçün hər zaman strateji əhəmiyyət daşıyıb.


 

Xəbər lenti