Logo

“Kimya texnologiyası və dayanıqlı inkişafın müasir çağırışları” - beynəlxalq elmi-praktik konfrans

30.05.2025 09:00 61 baxış
IMG

Mayın 29-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) professor Ulyesbek Besterekovun xatirəsinə həsr olunmuş “Kimya texnologiyası və dayanıqlı inkişafın müasir çağırışları” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

ADNSU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, konfransda Azərbaycan, Qazaxıstan və Özbəkistanın aparıcı alimləri iştirak ediblər. Tədbir iştirakçıları kimya sənayesi, ekologiya və dayanıqlı inkişaf sahələrində aktual elmi məsələləri müzakirə ediblər.

Tədbirdə çıxış edən ADNSU-nun tədris işləri üzrə prorektoru dosent Qasım Məmmədov bildirib ki, belə konfranslar universitetlər arasında əlaqələrin genişləndirilməsi və birgə elmi layihələrin həyata keçirilməsi üçün mühüm imkanlar yaradır.

Plenar sessiyada “Mərkəzi Asiyada neft emalı sahəsinin gələcəyi”, “Ağır metalları aşkar etməyə yönəlmiş optik sensorlar”, “Su keyfiyyəti və təmizləmə texnologiyalarındakı innovasiyalar”, “Təbii polimerlər əsasında biosorbentlər” və “Qazma zənginliklərin səmərəli emal üsulları” mövzularında təqdimatlar olub və ətraflı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, konfrans elm və təhsil sahəsi üçün vacib platforma olmaqla yanaşı, həm də professor U.B. Besterekovun elmi irsinə ehtiram tədbiri kimi böyük əhəmiyyət daşıyır.

Konfrans çərçivəsində qonaqlar ADNSU-nun Tarix muzeyi, “Neftin, qazın geotexnoloji problemləri və kimya” Elmi-Tədqiqat İnstitutu və həmçinin ADNSU-nun və UFAZ-ın laboratoriyaları ilə tanış olublar. Onlar universitetin maddi-texniki bazasını yüksək qiymətləndiriblər.

Xəbər lenti