18–25 may 2025-ci il tarixlərində “Məktəblilər üçün muzey həftəsi” layihəsi çərçivəsində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsi, “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu, Balaxanıda yerləşən Botanika bağı və Ekomərkəzə ekskursiyalar təşkil olunub.
TƏHSİL.BİZ xəbər verir ki, maarifləndirici proqram Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilib.
Qeyd edək ki, Bakı şəhərindən 7000-ə yaxın məktəblinin iştirak etdiyi layihənin əsas məqsədi şagirdlərin müxtəlif icmaların mədəni və tarixi xüsusiyyətləri ilə tanış olmalarına şərait yaratmaq, muzeylərin bu icmalardakı roluna dair düşüncələrin formalaşmasını təmin etmək və mədəni irsin qorunmasının vacibliyini onlara aşılamadan ibarət olub.