Logo

Sertifikatlaşdırma üzrə sınaq imtahanı keçirilir

30.05.2025 11:19 65 baxış
IMG

Cari ildə sertifikatlaşdırma imtahanına ilk dəfə cəlb olunacaq fənn müəllimlərinə (biologiya, coğrafiya, fizika, informatika, kimya) dəstək məqsədilə “MS TEAMS” platformasında sınaq imtahanı təşkil olunur.

TƏHSİL.BİZ  xəbər verir ki, sınaq imtahanının səhifəsi 30 may tarixində saat 10:00-dan başlayaraq 19:00-dək aktiv olacaq. Bu müddət ərzində hər müəllimin yalnız bir dəfə (120 dəqiqə) sınaq imtahanında iştirak etmək imkanı yaradılır.

Sınaq imtahanlarında namizədlərə ixtisas fənni üzrə 50, metodika və pedaqogika üzrə 10 test tapşırığı təqdim olunur. İmtahan vaxtı bitən kimi nəticəniz avtomatik olaraq ekranda görünəcək.

Xəbər lenti