Logo

ADPU-da Rusiyanın Cənub Universitetinin rektoru ilə görüş keçirilib

30.05.2025 16:22 83 baxış
IMG

Mayın 30-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Rusiya Fedarasiyasının ilk özəl ali təhsil müəssisəsi hesab olunan Cənub Universitetinin (İdarəetmə, Biznes və Hüquq İnstitutu) rektoru professor İmran Əkbərovla görüş keçirilib.

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, əvvəlcə, ADPU-nun rektoru prof. Cəfər Cəfərov, tədris işləri üzrə prorektor dos. Eldar Aslanov və sosial və humanitar məsələlər üzrə prorektor prof. Fikrət Rzayevin iştirakı ilə keçirilən görüşdə qonağa Pedaqoji Universitetin infrasturukturu və tədris proqramları, müəllim və tələbə heyəti haqqında məlumat verilib və rektor prof. İ.Əkbərov ADPU-nun əsas tədris binası, o cümlədən ADPU-nun böyük zalı, Heydər Əliyev Muzeyi, Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Zəfər guşəsi ilə tanış olub.

Daha sonra universitetin akademik və inzibati heyət üzvləri ilə görüş keçirilib. Görüşdə Cənub Universitetinin rektoru prof. İ.Əkbərovun rus və Azərbaycan dillərində çap olunmuş “Təhsil müəssisəsinin rəqəmsal transformasiyasının idarə edilməsi” adlı tədris vəsaiti təqdim olunub və əsərin sözügedən mövzuda qabaqcıl təcrübənin öyrənilməsi baxımından əhəmiyyəti qeyd olunub.

 

 

 

 


 

Xəbər lenti