Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru dosent Rüfət Əzizov Rektorlar Forumunda iştirak üçün Özbəkistana səfər edib. Rektor səfər çərçivəsində bu ölkənin doqquz nüfuzlu ali təhsil müəssisəsi ilə anlaşma memorandumu imzalayıb.
Bu barədə TƏHSİL.BİZ-ə ADNSU-dan məlumat verilib. Bildirilib ki, ADNSU ilə Daşkənd Dövlət Aqrar Universiteti, Səmərqənd Dövlət Universiteti, Daşkənd Dövlət İqtisad Universiteti, Buxara Dövlət Universiteti, Nəvai Dövlət Dağ-Mədən və Texnologiyalar Universiteti, Səmərqənd Dövlət Memarlıq və İnşaat Universiteti, Termiz Mühəndislik-Texnologiya İnstitutu, Milli Tədqiqat Universiteti və Namangan Dövlət Texniki Universiteti arasında anlaşma memorandumları imzalanıb.
Sənədlərdə gələcəkdə elmi-tədqiqat sahəsində əməkdaşlıq, ikili diplom proqramlarının yaradılması, müəllim və tələbə mübadiləsi, eləcə də birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur.