Ötən il imtahanlarda abituriyentlərin ilk dəfə iştirakı üçün 18,9 milyon manat xərclənib.
TƏHSİL.BİZ “Report”a istinadən xəbər verir ki, bununla bağlı məsələ "2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsində öz əksini tapıb.
Qeyd edilib ki, hesabat dövründə Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin aparılması, orta ixtisas təhsili müəssisələrinə və ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsinə tələbə qəbulu ilə bağlı keçirilən imtahanlarda abituriyentlərin ilk dəfə iştirakı üçün xərclər” tədbiri üzrə ayrılmış 18,9 milyon manat vəsait tam icra edilib.
Bu tədbir üzrə ali təhsil müəssisələri üzrə test imtahanlarında, bakalavriat səviyyəsi üzrə jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün yazılı imtahanda, coğrafiya fənni üzrə əlavə imtahanda, peşə liseyi məzunları üçün Azərbaycan dili imtahanında, rus bölməsi abituriyentləri üçün Azərbaycan dili üzrə test imtahanında, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı test imtahanında, ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı test imtahanında və s. ümumilikdə 533 999 namizəd iştirak edib.