Logo

BDU-da “Qardaşlıq” adlı konsert proqramı təqdim edilib

21.05.2025 17:13 49 baxış
IMG

Bakı Dövlət Universitetində (BDU) “BDU könüllüləri” təşkilatının təşəbbüsü ilə “Konstitusiya və Suverenlik İli” və 19 May - Atatürkü Anma, Gənclik və İdman Bayramına həsr olunmuş “Qardaşlıq” adlı konsert proqramı keçirilib.

BDU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, universitetin beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasının dövlətçilik tariximiz və hüquqi şüurun inkişafı baxımından əhəmiyyətli olduğunu deyib. O, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın inkişafında oynadığı müstəsna roldan, Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətdən, regionda Qarabağ Zəfəri ilə formalaşan yeni reallıqlardan söz açıb. Şahin Pənahov Azərbaycan ilə Türkiyə arasında mövcud olan bağların dərin tarixi köklərə əsaslandığını, bu əlaqələrin ortaq dil, din və mədəni irs üzərində formalaşdığını bildirib: “Bu gün BDU-nun türkiyəli tələbələrinin hazırladığı konsert proqramı birliyimizin nümunəsidir”.

BDU-nun türkiyəli tələbələri adından çıxış edən Muhammed Nazım Köylü Atatürkü Anma, Gənclik və İdman Bayramının yalnız tarixi bir hadisəni yad etməklə kifayətlənmədiyini, gənclərin gələcəyinə istiqamət verən və onların cəmiyyətdəki rolunu xatırladan simvolik bir gün olduğunu bildirib.

Sonra BDU-da təhsil alan azərbaycanlı və türk tələbələrin iştirakı ilə hazırlanmış konsert başlanıb. Proqramda “Çırpınırdın, Qara dəniz”, “Yaşa, mənim xalqım”, “Xudayar təsnifi”, rəqslər ifa olunub, vətənpərvərlik ruhunda şeirlər səsləndirilib.

Xəbər lenti