Son 2 ildə 700-dən çox məcburi köçkün 14 müəssisədə peşə təlimlərinə cəlb edilib.
TƏHSİL.BİZ xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov Bərdə Dövlət Peşə Təhsil Mərkəzində Qarabağa qayıdış üçün qısamüddətli təlimlər keçən müdavimlərə sertifikatların təqdim edilməsi mərasimində deyib.
Onun sözlərinə görə, təlimlərin bu ilin sonuna qədər davam etdirilməsi nəzərdə tutulub.
C.Kərəmov əlavə edib ki, peşə təhsili sahəsində növbəti uğurlu addım Füzulidə Peşə Təhsil Mərkəzinin tikintisi, eləcə də Şuşada bu istiqamətdə işlərin aparılmasıdır.