Logo

“Dayanıqlı Şəhər Layihəsi” üzrə multidisiplinar təlim keçiriləcək

16.05.2025 15:21 52 baxış
IMG

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi  (EATDA) SABAH qruplarının İcra Komitəsi və Türkiyənin Ufuk Planlama şirkətinin təşkilatçılığı ilə “Bir Başqa Təhsil, Bir Başqa Şəhər” layihəsi çərçivəsində “Dayanıqlı Şəhər Layihəsi” üzrə multidisiplinar məkan planlaşdırma təlimi Xəzər Universitetində keçiriləcək.

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, təlimin əsas məqsədi şəhərlərin dayanıqlı inkişafı, müasir planlaşdırma metodlarının öyrənilməsi və tələbələrin praktiki biliklərinin artırılmasıdır. Layihədə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AZMİU) SABAH qrupları, Xəzər Universiteti, Orta Doğu Texniki Universiteti (ODTÜ), Yıldız Texniki Universiteti, Ankara Universiteti, İstanbul Universiteti və Türkiyənin digər nüfuzlu ali təhsil müəssisələrinin tələbələri iştirak edəcək.

Qeyd edək ki, bu mühüm təşəbbüs AZMİU-nun 50 illik yubileyinə həsr olunub və layihə özəl və dövlət sektorları arasında əməkdaşlıq çərçivəsində reallaşır. Bu cür beynəlxalq və multidisiplinar əməkdaşlıq gənc mütəxəssislərin şəhərsalma və davamlı inkişaf sahəsində daha geniş baxış qazanmasına zəmin yaradır.

 


 

Xəbər lenti