Logo

BMU tələbələri beynəlxalq sərgilərdə iştirak edirlər

14.05.2025 12:57 86 baxış
IMG

Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri Bakı Ekspo Mərkəzində XXX Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi – “InterFood Azerbaijan” və XVIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı – “Caspian Agro” sərgilərində (13-16 may) startapları ilə təmsil olunurlar.

Universitetdən TƏHSİL.BİZ -ə verilən məlumata görə, sərgilərdə BMU tələbələri Fərid Məmmədov, Rəhim Şirinov, Rəsul Nəcəfli, Mədinə Baba və Elçin Hacıyevin hazırladığı “Aqrar təyinatlı dron”, “Yaşıl texnologiya startapı-FOSIN”, “Smart Jilet”  və “Avtomatik Kontroller” qurğuları nümayiş etdirilir.

Sərgilərin açılışında iştirak edən Prezident İlham Əliyev tanışlıq zamanı gənc startapçılarla xatirə fotosu çəkdirib.

Qeyd edək ki, sərgilərdə 31 ölkədən 450 şirkət, eləcə də ölkəmizdən gənc startapçılar iştirak edirlər.

 

 

 


 

Xəbər lenti