Logo

Arxeologiya və Antropologiya İnstitutu beynəlxalq standartlara uyğun elmi jurnallar nəşr edəcək

14.05.2025 15:42 45 baxış
IMG

“AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu beynəlxalq standartlara uyğun olaraq, Azərbaycan və ingilis dilində iki elmi dövri jurnalın nəşri işlərinə başlama ərəfəsindədir. Əminik ki, elmi jurnallarımız dünya arxeoloji elmi jurnalları sırasında layiqli yerini tuta biləcək”.

TƏHSİL.BİZ  xəbər verir ki, bunu institutun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev “Azərbaycanda arxeoloji və antropoloji tədqiqatlar: nəticələr və perspektivlər” mövzusunda elmi sessiyada söyləyib.

Direktor çıxışında, həmçinin institutun gənc kadrların cəlb edilməsi işində gördüyü işlərə diqqət çəkib. O qeyd edib ki, gənc kadrların cəlb edilməsi üzrə müvafiq dövlət orqanları ilə konseptual tədbirlər planının hazırlanması prioritet məsələlərdən biridir. Bu kompleks plan gənc kadrların arxeologiya və antropologiya elminə cəlb edilməsi üçün stimulların formalaşdırılması, müasir elmi texnologiyalara yiyələnmək üçün onların xarici ölkələrdə xüsusi təlimlərə ezam olunmasına ehtiva edir.

Xəbər lenti