Logo

Türkiyə və Şimali Kipr nümayəndələri UNEC-də qonaq olublar

14.05.2025 12:28 71 baxış
IMG

Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım, Türkiyə-Şimali Kipr Türk Respublikası Dostluq Qrupunun sədri Orhan Erdem, Şimali Kiprdə fəaliyyət göstərən Doğu Akdeniz Universitetinin rektoru Hasan Kılıç, Doğu Akdeniz Universitetinin Fondunun İdarə Heyətinin sədri Erdal Özcenk, Şimali Kipr Prezidentinin siyasi məsələlər üzrə müşaviri Anıl Kaya Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) qonaq olublar.

Bu barədə universitetdən TƏHSİL.BİZ -ə məlumat verilib. Bildirilib ki, UNEC-in rektoru professor Ədalət Muradov və müvafiq struktur rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə tərəflər arasında birgə əməkdaşlıq istiqamətləri müzakirə olunub. Rektor türkiyəli qonaqlara UNEC-in təhsil imkanları, rəqəmsal idarəetmə sistemi, beynəlxalq əlaqələri, ikili diplom və mübadilə proqramları, dünya reytinqlərindəki mövqeyi, tələbə və müəllim kontingenti və digər istiqamətlər barədə ətraflı məlumat verib.

Qonaqlar UNEC-in təhsil sahəsindəki müasir yanaşmalarını yüksək qiymətləndirərək, bu ali təhsil müəssisəsi ilə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıblar.

 

 

 

 


 

Xəbər lenti