Logo

“Narkomaniyaya yox deyək” mövzusunda görüş keçirilib

13.05.2025 12:15 31 baxış
IMG

Azərbaycan Dillər Universitetində (ADU) Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrasının təşəbbüsü və baş müəllim Zülfiyyə Tağıyevanın təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək” mövzusunda “dəyirmi masa” keçirilib. 

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, tədbirdə 323b qrupunun tələbələri, kafedranın müdiri dosent S. Zamanova, kafedranın müəllimləri, eləcə də İngilis-alman və İngilis-fransız dilləri fakültələrinin III kurs tələbələri iştirak ediblər.

Tələbələrdən Aytac Zeynallı, Rahidə Zəkiyeva, Aysu Şahkərimova, Nərmin Əkbərova, Lalə Rzayeva, Nigar Abbasova, Çimnaz Mirzəliyeva, Nəzrin Əhmədli və Səkinə Rəhimova çıxış edərək narkotik vasitələrin gənclərə, hamilə qadınlara, ailəyə, immun sisteminə, daxili orqanlara, uşaqlara və ümumiyyətlə cəmiyyətə vurduğu psixoloji və fizioloji zərərlər, iqtisadiyyata mənfi təsiri və ailə daxilində yaratdığı münaqişələr barədə geniş təqdimatlar ediblər.

Sonda kafedra müdiri dosent S.Zamanova respublikamızda narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət statistikası, narkotik vasitəçilərin sayı və bu sahədə ölkə rəhbərliyinin apardığı əməliyyat tədbirləri haqqında məlumat verib.

Bu cür maarifləndirici tədbirlər ADU-da gənclər arasında sağlam həyat tərzinin təbliği və narkomaniyaya qarşı mübarizə baxımından mühüm əhəmiyyət daşıyır.

 

 

 

 


 

Xəbər lenti