Logo

“Düşüncə xətalarının emosional həyatımıza təsiri” – təlim

12.05.2025 15:15 44 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Psixoloji yardım sektoru “Düşüncə xətalarının emosional həyatımıza təsiri” mövzusunda təlim keçirib.

BDU-dan TƏHSİL.BİZ -ə verilən məlumata görə, təlimə universitetin bütün fakültələrindən tələbələr qatılıb. Sektorun psixoloqu İlkanə Mənsumova təlimdə iştirak edən tələbələrə düşüncənin sosial və emosional həyatımızdakı rolu, onun hiss və davranışlarımıza təsiri, ən çox istifadə olunan düşüncə xətaları haqqında məlumat verib. Qeyd edilib ki, gündəlik həyatımızda düşüncə xətaları müxtəlif amillərə bağlı olaraq meydana çıxır. Psixoloq tələbələri düşüncə xətalarına qarşı sağlam mübarizə texnikaları ilə də tanış edib.

Sonda tələbələrin müzakirə olunan mövzu ilə bağlı sualları cavablandırılıb. Tələbələrlə neqativ düşüncələri daha funksional düşüncələrlə əvəz edən praktik çalışmalar aparılıb.

Xəbər lenti