Logo

Pedaqoji Universitetin Quba filialının Elmi Şurasının növbəti geniş tərkibli iclası keçirilib

30.05.2025 10:51 103 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının Elmi Şuranın 29 may 2025-ci il tarixində geniş tərkibli növbəti iclası keçirilib. Elmi Şuranın katibi Sevinc Babaşova çıxış edərək üzvlərin yetərsay olduğunu qeyd edərək iclasın səlahiyyətli olduğunu bildirdi.

Sonra Elmi Şuranın sədri, ADPU-nun Quba filialının direktoru professor Yusif Alıyev çıxış edərək üzvləri, dəvət olunan müəllim və əməkdaşları salamlayaraq 28 May- Müstəqillik Günü münasibətilə təbrik etdi.

Sonra sədr, professor Yusif Alıyev artıq ənənə halını almış ötən Elmi Şuradan növbəti Elmi Şuraya kimi olan uğurlu işləri sadaladı, əldə edilən bütün nailiyyətlərə görə kollektivi təbrik etdi.

Laçında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Zirvə görüşü keçirməsini milli dövlətçilik həyatımızda növbəti tarixi hadisə kimi dəyərləndirən direktor Yusif Alıyev bu mövzu ətrafında elmi və publisist məqalələrin hazırlanmasının vacibliyini ifadə edərək tövsiyyələrini çatdırıb.

Elmi Şurada “2024/2025-ci tədris ilinin yaz imtahan sessiyasına hazırlığın vəziyyəti haqqında” məsələ ilə əlaqədar Tədris şöbəsinin müdiri M.Bağırova hərtərəfli məlumatla çıxış etdi. Elmi Şura üzvlərinin suallarını cavablandırdıqdan sonra məsələ səsə qoyuldu və yekdilliklə qəbul edildi.

Sonra cari məsələlərdə filialda Tarix muzeyinin yaradılması, ADPU-nun Quba filialının direktor müavini p.f.d Aysel Şeydayeva Özbəkistan Respublikasında keçirilən Beynəlxalq elmi-praktik konfransda, Keyfiyyət təminatı şöbəsinin müdiri p.f.d Pərvanə Rzayeva isə Türkiyənin Ömər Halisdəmir Universitetində keçirilən XII Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumunda iştirakları barədə hesabatları təqdim olundu.

İctimai elmlər kafedrası m.v.m.i edən s.e.ü.f.d. Sabir Şahtaxtı (Hacıyev) sərbəst işlərin işlənməsi, müdafiəsi və arxivləşməsinin tam şəkildə elektron versiyaya keçidi barədə kafedra adından təkliflə çıxış etdi. Diqqətə çatdırıldı ki, belə bir qərar BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP 29) çağırışlarına tam uyğun olmaqla bərabər digər bir neçə mühüm istiqamətdən də faydalıdır.

Sonda qarşıda duran vəzifə və öhdəliklər bir daha diqqətə çatdırıldı, tədrisin keyfiyyətinin yüksəldilməsi ilə əlaqəli təklif və tələblər dinlənildi.

 


 

Xəbər lenti