17-18 may 2025-ci il tarixlərində Özbəkistan tərəfindən onlayn təşkil olunan Asia Pasifik İnformatika Olimpiadasına (APIO2025) şagirdlərimiz virtual olaraq UFAZ-dan qoşulublar.
Təhsil İnstitutundan TƏHSİL.BİZ -ə bildirilib ki, nəticələrə əsasən qeyd olunan yarışda Akademik Zərifə Əliyeva adına liseyin 11-ci sinif şagirdi Ayxan Dəmirli bürünc medala layiq görülüb.
Bildirilib ki, “Azercell Telekom” MMC 2017-ci ildən etibarən Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu ilə birgə əməkdaşlıq çərçivəsində rəqəmsal savadlılığın inkişafına töhfə vermək məqsədilə gənc istedadların informatika üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesinə dəstək göstərir. Bu illər ərzində həm paytaxt, həm də bölgə məktəblərinin şagirdləri müxtəlif yaş qrupları üzrə beynəlxalq proqramlaşdırma müsabiqələrində ümumilikdə 91 medal qazanaraq ölkəmizi uğurla təmsil ediblər.